Texniki intervyularda daim soruşulan protokol və necə cavab verməlisiz

Bu gün sizlərə texniki intervyularda daim soruşulan protokol və necə cavab verməlisiz, o haqda post hazırlamışıq.

Müsahibəyə çağırılmağımız vacibdir və onu yaxşı keçirtməyimiz isə daha vacibdir.

İstər junior istər də senior səviyyəsində intervyularda arp protocolunu necə hansı səviyyədə anladığınızı soruşa bilərlər.

Bunun səbəbi çox sadədir – ARP şəbəkədə əvəzedilməz işlər görür.
İş prinsipinə görə bəzən 2.5 layer protocol adlanır.

ARP (Address Resolution Protocol) Əhəmiyyəti
ARP protokolu kompüter şəbəkələrində kritik bir funksiyanı yerinə yetirir: bir cihazın IP ünvanını onun MAC ünvanına uyğunlaşdırmaq. Sadə dildə desək ip ünvanı bilinən cihazların mac ünvanını öyrənir.

ARP Protokolunun Əsas Əhəmiyyəti:


Şəbəkə Əlaqəsinin Təşkili: IP ünvanları logical, MAC ünvanları isə fiziki ünvanlardır. Şəbəkədə məlumat ötürmək üçün cihazlar məntiqi IP-dən fiziki MAC-ə keçidi təmin etməlidir. Bu keçid ARP ilə həyata keçirilir.


Hostlararası Kommunikasiya:
İki cihaz eyni şəbəkədə olduqda, biri digərinə məlumat göndərmək üçün onun MAC ünvanını bilməlidir. ARP, bu ünvanın avtomatik olaraq müəyyən olunmasına kömək edir.


Gateway ilə Bağlantı:
İnternet və ya başqa şəbəkələrə çıxış üçün cihazlar şəbəkə keçidinə (gateway) yönləndirilir. ARP bu keçidin MAC ünvanını taparaq məlumatların doğru ünvana çatmasını təmin edir.


Dinamik Uyğunlaşdırma:
Şəbəkədəki cihazların IP-MAC uyğunluqları zamanla dəyişə bilər. ARP bu dəyişikliklərə uyğunlaşaraq əlaqəni pozmadan işləməyə davam edir.


ARP Protokolu Olmadan:
Şəbəkə daxilində IP ünvanı məlum olan cihazlarla əlaqə qurmaq mümkün olmazdı.
Lokal şəbəkədə məlumatların ötürülməsi dayanardı.


Təhlükəsizlik Baxımından: ARP Spoofing kimi hücumlar ARP-ın zəifliklərindən istifadə edir. Bu səbəbdən dynamic ARP inspection kimi texnologiyalarla təhlükəsizlik tədbirləri alınmalıdır.

Arp haqda bilikləriniz tək funksiyası ilə bitməməlidir. Sizin verməli olduğunuz cavab arp mesajları və növləri – Gratitius arp və proxy arp cavabını özündə birləşdirməlidir.

Sual ARP protokolunun hansı növləri var?


Cavab:
1.Gratuitous ARP: Cihaz öz IP-MAC uyğunluğunu elan etmək və ya şəbəkədəki ARP cache yeniləmək üçün istifadə olunur.


2.Proxy ARP: Bir cihazın adından ARP sorğusuna cavab verməklə subnetlərarası əlaqəni təmin edir.


Mesajlar:
1.Request: Bir cihazın şəbəkədə IP-yə uyğun MAC ünvanını tapmaq üçün göndərdiyi sorğu.


2.Reply: Sorğuya cavab olaraq, uyğun MAC ünvanını bildirən mesaj.
Şərhə vizual yerləşdirmişik göz atmağı və dəstək olmağı unutmayın.


Posted

in

by

Tags: