Güclü şifrə təhlükəsizliyi üçün ən önəmli nöqtələr

password

Müasir rəqəmsal dünyada parollar kibertəhlükələrə qarşı ilk müdafiə xətti sayılır. E-poçtunuzu, sosial şəbəkə və ya bank hesablarınızı kimi şəxsi məlumatları təhlükəsiz saxlamaq üçün güclü şifrə istifadə etmək vacibdir. Bununla belə zəif və ya təkrar istifadə edilən parollar sizi ciddi təhlükəsizlik risklərinə məruz qoya bilər. Bu məqaləmizdə biz parol təhlükəsizliyinin nə olduğunu, ümumi problemləri və təhlükəsiz parol yaratmaq və saxlamaq üçün ən yaxşı təcrübələri paylaşacayıq.

Ümumi şifrə təhlükəsizliyi problemləri

Kibertəhlükəsizliyin mühüm nöqtələrindən biri olmasına baxmayaraq bir çox şəxs və təşkilatlar güvənilir olmayan şifrə istifadəsinin qurbanı olur. Ən çox görülən problemlərdən bəziləri bunlardır:

Zəif parollar – “123456” və ya “qwerty” kimi sadə parollar xakerlər tərəfindən asanlıqla təxmin ediləbilir.

Parolun təkrar istifadəsi – Bir neçə hesab üçün eyni paroldan istifadə etmək riski artırır. Bir hesab oğurlansa, digərləri də təhlükədə ola bilər.

Brute Force Hücumları – Avtomatlaşdırılmış alətlər düzgün parolu tapana qədər sistematik olaraq müəyyən bir parol listindəki parolları sınayırlar.

İki faktorlu doğrulamanı(2FA) istifadə etməmək – 2FA olmadığı təqdirdə sadəcə oğurlanmış parol ilə xaker hesaba tam giriş edə bilər.

Necə təhlükəsiz şifrə yaratmaq olar?

Parol təhlükəsizliyini artırmaq üçün bu əsas qaydalara əməl edin:

Uzun paroldan istifadə edin – Ən azı 12-16 simvol olsun.

Mürəkkəb parollar istifadə edin – Böyük və kiçik hərflər, rəqəmlər və xüsusi simvollar istifadə edin.

Ümumi sözlərdən çəkinin – Lüğət sözlərindən, şəxsi məlumatlardan və ya “qwerty” kimi təxmin ediləbilən sözlərdən çəkinin.

Parolları təkrar istifadə etməyin – Hər bir parolu sadəcə bir hesab üçün istifadə edin.


Posted

in

,

by

Tags: