
Linux kibertəhlükəsizliyin təməl parçalarından biridir. Onun açıq qaynaqlı olması, çevikliyi və geniş alət dəstəyi onu bu sahədə çalışan mütəxəssislər üçün əsas əməliyyat sistemi edir. İllər ərzində bir çox Linux əməliyyat sistemləri (distrolar) xüsusi olaraq penetrasiya testi, rəqəmsal analiz və şəbəkə təhlükəsizliyi kimi kibertəhlükəsizlik tapşırıqlarını yerinə yetirmək üçün yaradılmışdır. Bu məqalədə biz kibertəhlükəsizlikdə istifadə edilən ən yayğın Linux distroları və onların unikal xüsusiyyətləri barədə danışacayıq.
Kali Linux

Kali Linux şübhəsiz ki kibertəhlükəsizlik üçün ən çox istifadə olunan Linux distrosudur. Offensive Security tərəfindən hazırlanmışdır. Xüsusi olaraq penetrasiya testi, etik xakerlik və rəqəmsal analiz üçün nəzərdə tutulmuşdur. Standart olaraq Metasploit, Nmap və Wireshark daxil olmaqla penetrasiya testi üçün 600-dən çox alətlə gəlir. ARM cihazları, virtual maşınlar və bulud mühitləri daxil olmaqla müxtəlif platformalarda işləyir.
Parrot Security OS

Parrot Security OS penetrasiya testi və rəqəmsal analiz yaradılmış çox yönlü, yüngül Linux distrosudur. Kali Linux-a ən önəmli alternativ hesab olunur. Bu distro zəifliyin analizi, kriptoqrafiya və tərs mühəndislik üçün alətlərə sahibdir. Təhlükəsiz və anonim təhqiqat üçün birçox funksiyalar təklif edir. Portativdir və birçox aparatlarda və virtual mühitlərdə istifadə edilə bilər.
BlackArch Linux

BlackArch Linux Arch Linux-a əsaslanan distrodur və xüsusi olaraq penetrasiya testi və kibertəhlükəsizlik tədqiqatları üçün hazırlanmışdır. Geniş alət seçimi ilə tanınan bu distro Linux distroları arasında ən böyük alət kolleksiyalarından birinə sahibdir, 2800-dən çox kibertəhlükəsizlik aləti var.
Tails OS

Tails OS anonimlik və istifadəçiləri nəzarət və senzuradan qorumaq üçün nəzərdə tutulmuş məxfiliyə fokuslanan Linux distrosudur. Bu siyahıdakı digər distroslardan fərqli olaraq Tails daha çox təhlükəsiz və məxfi ünsiyyət üçün istifadə olunur. Anonimlik üçün bütün internet trafikini Tor şəbəkəsi vasitəsilə yönləndirir. Bu distronun tərkibinə təhlükəsiz fayl şifrələməsi, e-poçt şifrələməsi və ani mesajlaşma üçün alətlər daxildir. Tail OS adətən USB fləş kart vasitəsilə istifadə olunur.