Kibertəhlükəsizlik üçün faydalı Python kitabları

Python kibertəhlükəsizlik sahəsində ən geniş istifadə olunan proqramlaşdırma dillərindən biridir. Etik xakerlər, penetrasiya testerlər və təhlükəsizlik tədqiqatçıları tapşırıqları avtomatlaşdırmaq, zəifliklərdən istifadə etmək və təhlükəsizlik risklərini təhlil etmək üçün Python istifadə edir. İstər kibertəhlükəsizliyə maraq göstərən bir mütəxəssis, istərsə də bacarıqlarını təkmilləşdirmək istəyən təcrübəli peşəkar olmağınızdan asılı olmayaraq düzgün mənbələr sizə bu yolda çox kömək edə bilər. Bu məqaləmizdə kibertəhlükəsizlik üçün faydalı Python kitablarından danışacayıq.

Black Hat Python: Python Programming for Hackers and Pentesters

Bu kitab Python-dan istifadə edərək hücum fokuslu təhlükəsizlik metodlarını öyrənmək istəyən xakerlər üçün mütləqdir. Kitab şəbəkə snayferlərinin, keyloggerlərin, trojanların və penetrasiya alətlərinin yazılmasını və zəifliklərdən necə istifadə etməyi əhatə edir. Kitab standart Python biliklərinə sahib olan və xakerlik bacarıqlarını inkişaf etdirmək istəyənlər üçün uyğundur.

Gray Hat Python: Python Programming for Hackers and Reverse Engineers

Black Hat Python kitabının yazarından başqa bir gözəl kitab. Gray Hat Python tərsinə mühəndislik və zərərli proqramların təhlilinə fokuslanır. Kitab tərsinə mühəndislik, python ilə debug üsulları, qurban sistemə uyğun exploitlərin yazılması, yaddaşa fokuslanan kibertəhlükəsizlik təhlili kimi mövzuları ələ alır.

Violent Python: A Cookbook for Hackers, Forensic Analysts, Penetration Testers, and Security Engineers

Bu kitab real xakerlik və penetrasiya testi tapşırıqları üçün istifadə olunan praktiki python skriptlərinə fokuslanır. Tez və effektiv həllər axtaran təhlükəsizlik mütəxəssisləri üçün idealdır. Şəbəkənin skan edilməsi və istismarı, şifrə qırıcı alətlərin yazılması və istifadəsi, Veb təhlükəsizlik testləri kitabın əsas mövzularıdır.

Automate the Boring Stuff with Python

Xüsusi olaraq kibertəhlükəsizliyə fokuslanan kitab olmasa da şəbəkə və təhlükəsizlik tapşırıqlarının avtomatlaşdırılması, fayllar və verilənlərlə işləmək, veb scraping və skriptləri əhatə edir. Tapşırıqların avtomatlaşdırılması kibertəhlükəsizlikdə mühüm bacarıqdır və bu kitab onu mənimsəmək üçün praktiki biliklər verir.


Posted

in

,

by

Tags: